Kinezio teyp necə seçməli?

Dünya bazarında ölçü, rəng və materiala görə bir birindən fərglənən kinezio teyplərin böyük cürbəcürlüyü vardır. Bununla bərabər, qeyd etmək lazımdır ki, xarakteristikalardan asılı olaraq kinezio teyplərin hər növü öz xüsusiyyətlərinə və tətbiq sahəsinə malikdir. Bunu nəzərə alaraq, məqalədə   teyplərin növləri və zədələr zamanı teyplənmə aplikasiyalar bərədə ətraflı qeyd olunur. Kinezioteyplənmə barədə daha çox məlumat Bloq bölümündə tapa bilərsiniz.

Teypləri seçərkən diqqət yetirməli əsas xüsusiyyətlər:

Ölçü 

Rulonun ölçüsündən (eni/uzunluq) asılı olaraq bütün kinezio teyplər  aşağıdakı kateqoriyalara bölünür:

  • Kinezio teyp 5 sm * 5 metr (rulonun eni 5 sm, rulonun uzunluğu 5 m) – ən çox yayılmış (standart) ölçü, həm idmançılar, həm də ki dayaq hərəkət aparatın müalicəsində həkim-travmotoloqlar tərəfindən istifadə edilir. Kinezio teyplər aşağıda göstərilən əsas patalogiya növləri zamanı istifadə olunur: boyun nahiyəsində, çiyin qurşağı və bel ağrılar, aşağı əlrafların əzələarası zədələr,  lateral epikondilit (tenisçi dirsəyi) və digər zədələr. Adətən bir standart 5 metrli rulon çoxlu applikasiyalara kifayyət edir. Siz həmçinin internet mağazamızda üz üçün eni 5 sm olan BB FACE TAPE orijinal teypləri eldə edə bilərsiniz. Həmin eni üz və boyun nahiyələrinə tətbiq olunan applikasiyaların əksəriyyətinə uyğundur.
  • Kinezio teyp 5 sm * 3 m – yuxarıda qeyd olunan teyplərdən daha qısa ölçüsünə (3 metr) və aşağı qiymətinə görə fərglənir. Həmin seriya teypləri yeni başlayanlar və sınamaq istəyənlər üçün istehsal olunub. 3 metrli rulon bir neçə əsas applikasiyalara kifayyət edəcək (diz,  ciyin, bel və s.)
  • Kinezio teyp 2,5 sm * 5 m – çeşidimizdə ən ensiz pambığdan hazırlanmış kinezio teypləridir. Bədənin ənsiz hissələr (misal üçün barmaq falanqaları), üz və boyun, həmçinin uşaq terapiyasında istifadə oluna biər. Üz üçün məhz estetik teyplənmə üçün hazırlanmış 2,5 sm eni olan BB FACE TAPE dəstləri daha uyğundur. Hər qutuda üz üçün ətraflı təlimat qaydaları mövcuddur. 
  • Kinezio teyp 3,75 sm * 5 m – estetik teyplənmə prosedurası, kosmetoloqiyada üz və boyun nahiyələri, həmçinin bədənin kiçik hissələri üçün ideal seçimdir. Hippoalergik yapışqanla eko-pambığdan hazırlanır.  5 metrli rulon çoxlu applikasiyalara kifayyət edir.
  • Kinezio teyp 7,5 sm * 5 m – 7,5 eni olan teyp bədənin böyük zədəli nahiyələri, həmçinin limfedem və diz oynağının şişkinliyi zamanı ildeal olaraq uyğundur. Bundan başqa, bu ölçü plastik cərahiyyədə operativ müdaxilədən sonra şişkinliyi aradan qaldırmaq məqsədi ilə istifadə olunur.   
  • Kinezio teyp 10 sm * 5 m – Bu ölçü əvvəlki kimi bədənin böyük nahiyələr və limfodrenaj üçün istifadə olunur.
  • Kinezio teyp 17 metr və 32 metr – Bu ölçü standart teyplərdən yalnız daha böyük uzunluqla fərglənir. Bir qayda olaraq, bu qənaətli rulonları (hər rulon təqribən 60 və 120 applikasiyalara bəs edəcək) peşəkar idmançılar, öz praktikasında teyplərdən istifadə edən həkimlər, həmçinin ev şəraitində kurs şəkildə teyplənmə ilə məşğul olanlar eldə edir. Bundan başqa, 17 m və 32 m uzunluğu olan rulonları alarkən Siz qənaət edirsiz və bir neçə metr pulsuz eldə edirsiz.
  • Əvvəlcədən kəsilmiş teyplər – və standart teyplərin tətbiq sahələri eynidir. Lakin onların istifadəsi daha rahatdır, çünki hər rulon əvvəlcədən kəsilmiş 20 ədəd lentlərdən ibarətdir. Əvvəlcədən kəsilmiş lentin uzunluğu 25 sm, eni isə (5 sm, 7,5 sm və ya 10 sm-dir). Teyplənmə zamanı Sİzə qayçı lazım olmayacaq, bu da əvvəlcədən kəsilmiş teyplərin əsas üstünlüyüdür.   

İstehsalçı ölkələr

Hal hazırda yerli bazarda teypləri istehsal edən müxtəlif brendlər təqdim olunub. Lakin təəssüfki, bütün brendlər keyfiyyətli deyil və elastikliyin standart tələblərinə cavab vermir. ABŞ, Almaniya, Hollandiya-dan brendlərin əksəriyyəti əslində Çin-də istehsal olunur və bu pambıq və yapışqanın keyfiyyətinə təsir göstərir. Yapışqanın yüksək keyfiyyətli olmasına görə, Çin-də istehsal olunan teyplər tez qopur, dəridə yaxşı qalmır və allergik reaksıyanı yarada bilər. Bunu nəzərə alaraq, kinezioteyplənmə metodikasından məyus olmamaq üçün teypləri alarkən istehsal ünvanı və istehsal ölkəsi dəqiqləşdirmək çox vacibdir. Rəylər və mütəxəssislərin klinik tədqiqatlarına əsasən ən keyfiyyətli və bütün tələblərinə cavab verən kinezio teypləri Koreya və Yaponiyada istehsal olunur. Məhz bu ölkələrdə istehsalının bütün mərhələlərində keyfiyyətə nəzarət və materialların seçiminə əsaslı surətdə yanaşırlar.

BBTape Kinezio teypləri (Bio Balans Teyp) Balansedici Teyplənmənin Koreya Tibbi Assosiasiyasının yeganə rəsmi istehsalıdır vəyüksək keyfiyyət standartlarına uyğun olaraq Cənubi Koreyada istehsal olunur. Məhz buna görə premium keyfiyyətli BBTape kinezio teypləri mütəxəssislər tərəfindən dünyanın ən yaxşı kinezio teypləri sayılır. BBtape məhsullarının effektivliyini dünyada keçirilən çoxlu tədqiqatlarla sübut olunub.   

Rəng

Hal hazırda dünyanın ən genişi olan  BBTape-in çeşidi 20-dən çox müxtəlif rənglərindən və dizayn olunmuş teyplərindən ibarətdir.  Düzünü dəsək, teypin rəngi onun müalicəvi xüsusiyyətlərinə həç bir təsiri göstərmir, lakin pasiyentlərə müəyyən fiziolojı təsiri müşahidə etmək olar:

  • Qəhvəyi – neytral rənglərinə aiddir;
  • göy – sakitləşdirici təsiri göstərir;
  • çəhrayı – müsbət emosiyaları yaradır;
  • sarı – ruhi harmoniya və balansı qaydaya salır;
  • narıncı – stimullaşdırıcı təsiri göstərir;
  • qara – individuallığın rəngi;
  • yaşıl – neytral, qıcıqlandırmır;
  • qırmızı – tez sağalmağa stimullaşdırır.

Standart rənglərindən əlavə olaraq, BBTape dizayn olunmuş rəngləri istehsal edir. Dizayn olunmuş teyplər müasir printlərlə seçilir, uşaqlar üçün çox uyğundr, və şübhəsiz ki, hər kəsin diqqətini cəlb edəcək.

Pediatriya, logopediya, həmçinin uşaq travmatoloqiya və reabilitasiya üçün xüsusi KİDS seriyası vardır. KİDS teyplərin dizaynı teyplənməni əyləncəli bir oyuna çevirərək, həm oğlanların, həm də ki qızların xoşuna gələcək.

Rəng terapiyası metoduna insanların əksəriyyətinin skeptik münasibətinə baxmayaraq, mütəxəssislər həsab edirlər ki, teypin rəngi insanların sağalmasında mühüm rol oynayır və emosional fonu yaxşılaşdırır.

Material

Yuxarıda qeyd olunan xüsusiyyətlərindən başqa, kinezio teyplər bir-birindən materiallarla fərglənir. Materialına görə aşağıdakı növləri vardır:

  1. Pambıq kinezio teypləri – xüsusiyyətləri insanın dəri elastikliyinə  uyğunlaşdırılmış  (dərini qıcıqlandırmır)  teyplərin əsas növüdür. Teyp pambıq və hipoallergik akril yapışqandan ibarətdir. Bədənin temperaturası yüksələrkən (misal üçün teypi yapışdırandan sonra ovuşdurarkən və yaxud da məşq zamanı), yapışqanın xüsusiyyətləri əhəmiyyəli dərəcədə aktivləşir.
  2. Neylon kinezio teypləri – standart teypləri ilə müqayisədə daha elastikdir, bu xüsusiyyətinə görə onlar intensiv (yüksək yüklənmə) məşq prosesi zamanı əvəzolunmazdır.  Neylon teypləri hər iki tərəfə dartılır, bu xüsusiyyət çoxlu klinik xəstəliklər üçün və stasionar müalicə zamanı əvəzolunmazdır.
  3. Sintetik kinezio teypləri (süni ipək) – daha nazik və möhkəm materialla fərglənir, bu xüsusiyyət dəriyə güclü yapışmanı təmin edir və teypin qalma müddəti uzadır. Havanı keçirmir, nəmdən qorxmur və ipəkli, toxunuşa xoş səthiyə malikdir. Özünü kosmetologiyada çox yaxşı göstərdi, çünki ideal olaraq həssas dəri zonalarına (üz, boyun, sinə)  uyğundur.
  4. Gücləndirilmiş yapışqanlı kinezio teypləri – yüksək suya davamlılığa malik olduğuna görə, su idman növləri ilə məşğul olanlar arasında çox məşhurdur. Həmçinin güclü tər ifrazı ilə seçilən bədən hissələrində çox effektlidir.
  5. Yumşaq yapışqanlı kinezio teypləri – həssas, allergiyaya meyilli dəriyə, uşaqlar, ahıl insanlar üçün, həmçinin nevrologiya və pediatriyada istifadəsi üçün ideal olaraq uyğundur.
  6. Flyuoressensiyalı kinezio teypləri – lentin üzərində təhlükəsiz flyuoressensiyalı boya çekilmiş, pambığdan hazırlanmış kinezio teypləridir. Adətən idman zamanı sutkanın qaranlıq vaxtında istifadə olunur (misal üçün: açıq yerlərdə qaçış, dağ-xizək,velosiped yürüşü və s.)

Gördüyünüz kimi geniş rəng, ölçü və material seçimindən, hər kəs öz istəyinə uyğun kinezio teypləri seçə bilər. Lakin kinezio teyplərin növlərini sadalayaraq, Balansedici Teyplənmənin Koreya Tibbi Assosiasiyası tərəfindən hazırlanmış və Cənubi Koreyada kinezio teyplənmə üzrə mütəxəssislər arasında məşhurluğu artan daha bir növü ayrıca qeyd etmək lazımdır – kross teypləri.

Kross Teypləri

Cross Tape (Kross Teyp) – bir-birinə “reşotka” şəkildə bitişdirilmiş, poliestrdən hazırlanmış kiçik plastırlərdir. Kross teypləri travmaya məruz qalmış toxumalar və oynaqların hərəkətliyinin yaxşılaşdırılmasına və ağrı hisslərinin azaldılmasına kömək edir. Bundan başqa, bu plastır daxili orqanlarının müalicəsində müvəffəqiyyətlə istifadə olunur. Həmçinin əksər hallarda standart teyplənmə, kross teypləri ilə kombinasiya olunur. Qeyd: kross teyplərindən istifadə edərkən maksimal effektinə nail olmaq üçün insan bədəninin əsas akupunktur və triqqer nöqtələri bilmək vacibdir.

BB Cross Tape-in üstünlükəri aşağıda göstərilib:

  • hippoallergik yapışqan;
  • rahat istifadəsi;
  • kompakt ölçülər;
  • yüksək suya davamlılıq

Kross teyplərin 3 ölçü vardır – 2,1*2,7 sm (А ölçüsü); 2,8*3,6 sm (В ölçüsü); 4,9*5,2 sm (С ölçüsü). Yapışdırılan nahiyədən asılı olaraq uyğun ölçünü seçə bilərsiz. Və yaxud da, teypi daha dəqiq yapışdırmaq üçün ən kiçik ölçüdən (A) istifadə edin. Əgər siz bütün ölçülərin effekti ilə tanış olmaq istəyirsizsə, və ya ölçüdən əmin dəyilsizsə, o zaman kross teyp dəsti (3 ölçüdən ibarətdir A,B,C) əldə edə bilərsiz.

Standard kross teyplərindən başqa BBtape “Aku teypləri” da istehsal edir.  BB ACU TAPE – poliestrdən xaçşəkilli formasında hazırlanmış kiçik plastırlərdir. Onlar kiçik ölçü (1 sm x 1 sm) ilə seçilir, bu ölçü sayəsində üz və bədənin çətinliklə əl çatan zonalarına (ağız və göz küncü, burun ətrafı cibləri, qulaq ətrafı nahiyə, boyun, barmaqlar və s.) nöqtəli (akupunktur) təsir göstərilir.

Deşilmiş teyplər BB LYMPH

Perforasiya ilə BB Lymph teypləri xüsusilə üz və bədənin limfodrenaj teyplənməsi üçün nəzərdə tutulub. Cənubi Koreyada yerləşən beynəlxalq BBALANCE LAB laboratoriyasında keçirilmiş bir sıra tədqiqatlar göstərir ki, kinezio lentin xüsusi deşilmiş quruluşu qan və limfa axını stimullaşdırır, nəticədə isə toxumalardan lazımsız mayə və digər maddələr mübadiləsi məhsulları ifraz olunur.

Üz üçün Limfa-teyp BB LYMPH FACE™ şişkinliklərin aradan qaldırılması və limfatik korreksiyası üzrə standart teypləri ilə müqayisədə, nəinki daha yaxşı nəticələri göstərir, hətta bir sıra üstünlüklərə malikdir. Perforasiya sayəsində örtmə sahəsi azalır, və buna görə bu tipli teypləri üz, boyun və sinənin həssas zonalarına tətbiq etmək olar. Deşilmiş teypləri əvvəlcədən kəsməyə ehtiyac yoxdur. Həmçinin onlar dəridə daha yaxşı qalırlar.

Bədən üçün Limfa-teyp BB LYMPH TAPE™ dərialtı piy qatı və süllülitlə mübarizədə öz xüsusi effektivliyini sübut edib. 

BAĞLA

Kateqoriyalar

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Click outside to hide the compare bar
Compare
Səbətə əlavə et